Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kürdəmirdə QƏZA: Sürücü maşında sıxılı vəziyyətdə qaldı
Kürdəmir rayonu, Sorsor kəndi ərazisində iri tonnajlı yük avtomobili kanala aşıb, sıxılı vəziyyətdə qalan sürücü xilas edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Kürdəmir rayonu, Sorsor kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, DAF markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarındakı su kanalına aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Yasin Şəfaqət oğlu Mirzəyevi xüsusi vasitələrin köməyi ilə xilas ediblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Həmin görüntüləri təqdim edirik:

"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Dəniz kənarında inşa edilən qanunsuz tikili SÖKÜLDÜ
- Avtoqəzaya düşən şəxslərə ilkin yardımı düzgün göstərməmək hüquqi məsuliyyət yaradır?
- Azərbaycanda sabiq vəzifəli şəxs 41 yaşında vəfat etdi
- Bakıda "Mercedes" markalı minik avtomobili yanıb
- Kürdəxanıda obyektdəki yanğın TAM SÖNDÜRÜLÜB - Əraziyə 12 yanğınsöndürən avtomobili cəlb olunub