Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi bu səhər Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili piyada olan Girdəni kənd sakinləri 1995-ci il təvəllüdlü Elmar Eldar oğlu Hüseynov və 2000-ci il təvəllüdlü Məhərrəməli Vidadi oğlu Ağayevi vurub. Piyadalar ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Hər iki yaralıya tibbi yardım göstərilib.
Vəziyyəti daha ağır olan Elmar Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. Digər yaralı Məhərrəməli Ağayev travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalıb. E.Hüseynovun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.