Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Lerikdə yeniyetmənin halı pisləşdi - Bütün kənd onun üçün qarı təmizləyib yol açdı
Güclü qarın yağması səbəbindən Lerik rayonunun Loda və Vilik kəndlərinə giriş-çıxışın bağlanması çətin anlara səbəb olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə, halı pisləşən Vilik kənd sakini, 2013-cü il təvəllüdlü yeniyetməni xəstəxanaya çatdırmaq yalnız ağır texnika, kənd sakinləri və kənd icra nümayəndəliyinin köməyi ilə yolu açdıqdan sonra mümkün olub.
Ötən gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan yeniyetməyə kəskin appendisit diaqnozu təyin edilib və o, dərhal əməliyyata götürülüb.
Qeyd edək ki, hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir. Onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
@oxuaz 🚨 Bir insanı xilas etmək üçün hər kəs əlbir oldu! Lerik rayonunda, güclü qarın səbəb olduğu çətin hava şəraitində, Vilik kəndinin sakinləri, ağır texnika və kənd icra nümayəndəliyinin köməyilə, halı pisləşən 2013-cü il təvəllüdlü yeniyetməni xəstəxanaya çatdırmağı bacarıblar! ❄️🚜 #İnsanHəyatı #Lerik #Səhiyyə #Yeniyetmə #Vilik #qar #xəbərlər
♬ Oxu.az Son Xəbərlər - orijinal ses - Oxu.az Son Xəbərlər
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- İntihara cəhd edən gənc şairin vəziyyəti açıqlandı
- Qarlı havada 300-ə yaxın şəxs xəsarət alıb
- AZAL-ın təyyarə qəzasında yaralanan şəxslərdən sonuncusu xəstəxanadan buraxıldı
- Agentlik: "Hamiləlik ağırlaşması icbari tibbi sığorta təminatındadır"