Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Leykozdan əziyyət çəkən Süleymanın atası: “Müalicə üçün Belarusa gəlmişik, dəstəyə ehtiyacımız var” - FOTO
4 yaşlı Süleymanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Qurban Tağıyev məlumat verib.
O bildirib ki, övladı kəskin leykozdan əziyyət çəkir.
“Süleyman artıq bir ildir leykozdan əziyyət çəkir. Xəstəliyi bildiyimiz ilk gündən əlimizdən gələnləri etsək də, vəziyyət müsbətə doğru getmir. Hazırda övladımın müalicəsi üçün Belarusa gəlmişik. Burada ilkin müalicə üçün 35-40 min dollara ehtiyacımız var. Süleyman müalicələrə müsbət cavab verməsə, məcbur ilik köçürülmə etməliyik. Hazırda müalicəyə olan lazım olan məbləğin cəmi 10 000 dollarını toplaya bilmişik. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (050) 234-34-21 (“WhatsApp”)