Bu həftə Mahaçqalada Azərbaycandan olan fəhlə dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə “Arqumentı i faktı Dağıstan” məlumat yayıb.
Məlumata əsasən, bu yaxınlarda paytaxtda tikinti meydançalarının birində faciəvi hadisə baş verib. Tikilməkdə olan obyektdən Azərbaycandan olan fəhlə yıxılıb. Kişi aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
www.oxu.az