Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Masazır qəsəbəsində güclü yanğın
Abşeron rayonu, Masazır qəsəbəsi ərazsində fərdi yaşayış evində baş verən yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Abşeron rayonunun Masazır qəsəbəsində yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub:
"Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək".
Həmin görüntüləri təqdim edirik:
Nəzrin Vahid