Hər il olduğu kimi, bu il 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “McDonald’s Azərbaycan” şirkəti xeyriyyə tədbiri keçirib. Builki xeyriyyə tədbiri “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyinin uşaqlarına kömək və onlara dəstək layihəsi çərçivəsində baş tutub.
“McDonald’s” restoranlarının müştəriləri tərəfindən yığılmış 11500 AZN dəyərində ianələrə əlil arabaları, məktəb ləvazimatları, uşaqlar üçün inkişaf etdirici vəsaitlər, elektron əşyalar və hədiyyələr alınaraq “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyinə verilib.
“Bizi əhatə edən cəmiyyətdə tez-tez rastlaşdığımız xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşamı, problemləri, hər gün qarşılaşdıqları çətinlikləri həll etmək, onların gələcək yaşam ümidlərini artırır. Bu uşaqlar sərbəst hərəkət etmək, müəyyən bir işi istədiyi şəkildə görə bilmək arzusu ilə yaşayırlar. Onlara mənəvi dayaq ola biləcək, dəstək verəcək insanlara hədsiz ehtiyac duyurlar.
Bir fikri, xüsusilə, vurğulamaq istərdim. Uşağın qəlbində saxladığı təəssürat, əlində saxladığı hər bir şeydən daha əhəmiyyətlidir. Əlində saxladığını itirə bilər, unuda bilər. Lakin qəlbində saxladıqları hissləri heç vaxt unutmaz, itirməz. Buna görə də xüsusi qayğıya ehtiyacı olan uşaqlarla davranışda, xüsusilə həssas olmalıyıq.
Bu uşaqlara qarşı diqqət və qayğı ilə yanaşan, onlardan öz sevgisini əsirgəməyən bütün xeyirxah insanlara və “McDonald’s Azərbaycan” şirkətinə təşəkkür etmək istəyirəm”,– deyə “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyinin direktoru Arzu Rüstəmova qeyd edib.
Hər zaman olduğu kimi, “McDonald’s” şirkətinin fəlsəfəsi çərçivəsində dünya üzrə öncül məqsədlərindən birini uşaqlara dəstək amilidir. “Kiçik uşaqlarda böyük problemlər olmamalıdır!”,- “McDonald’s”ın şüarı bunu bir daha nümayiş etdirir.
“McDonald’s Azərbaycan” şirkəti 1999-cu ildən bu günə kimi daim ehtiyacı olan uşaqlara və uşaq evlərinin yanında olaraq onlara öz qayğı və məhəbbətini göstərmiş və göstərəcək.
“McDonald’s Azərbaycan” bir daha öz müştərilərinə bu xeyriyyə tədbirində birgə olduqlarına görə öz dərin minnətdarlığını bildirir.
1 İyun - Uşaqların Müdafiəsi Günü münasibəti ilə “McDonald’s Azərbaycan” şirkəti bütün uşaqları təbrik edir və hamıya gözəl gələcək arzu edir.
A.S.
www.oxu.az