Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mədəniyyət Nazirliyində yeni təyinat olub - FOTO
Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə müdir təyinatı olub.
Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, nazir Adil Kərimlinin müvafiq əmrinə əsasən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Əlifəttah qızı Kərimova şöbənin müdiri vəzifəsinə təyin edilib.
Sevil Kərimova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) sənətşünaslıq ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) Təsviri incəsənətin tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr təhsili alıb.
O, Azərbaycan Milli İncəsənət Muzeyində müxtəlif vəzifələrdə çalışıb, Azərbaycan Turizm və Menecment Universiteti, ADRA və ADMİU-da pedaqoji fəaliyyət göstərib.
2021-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Sənətşünaslıq və Memarlıq üzrə Ekspert şurasının sədr müavini olub.
"Adil Kərimli" teqi üzrə xəbərlər
- Mədəniyyət naziri: "Azad edilmiş ərazilərdə tarixi abidələrin bərpasına başlanılıb"
- Adil Kərimli: "Musiqi məktəblərində çalışan müəllimlərin attestasiyası həyata keçiriləcək"
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Adil Kərimlidən rəis TƏYİNATI
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ