Mayın 27-də Respublika günü münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində şəxsi heyətin xüsusi toplantısı keçirilib.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev toplantını açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrdən danışıb.
Daha sonra “28 May - Respublika Günü” münasibətilə 107 nəfər xidmət əməkdaşının mükafatlandırılması və 105 nəfərə xüsusi hərbi rütbələrin verilməsi barədə ədliyyə general-leytenantı Mədət Quliyev tərəfindən imzalanmış əmr diqqətə çatdırılıb.