Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Məhkəmə arvadını öldürən polislə bağlı qərar verdi
Məhkəmə polis şöbəsində arvadını qətlə yetirən şəxslə bağlı qərar verib.
Oxu.Az-ın məlumatına görə, müvafiq məhkəmə orqanı həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Məmmədovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Qərara əsasən, İsmayıl Məmmədovun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sentyabrın 30-da səhər saat 09:00 radələrində Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İ.Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı xidməti silahdan atəş açaraq qətlə yetirib.
Daha sonra İ.Məmmədov saxlanılıb, barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, İ.Məmmədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, o, daxili işlər orqanlarından xaric edilib.
"Vilayət Eyvazov" teqi üzrə xəbərlər
- Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirilib
- Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirib
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Xaçmaza yeni polis rəisi təyin olunub
- Daxili İşlər Nazirliyinin əməkdaşları Heydər Əliyevin xatirəsini yad ediblər
Rəylər