1999-cu ildən fəaliyyət göstərən, ölkəmizin aparıcı tikinti, memarlıq, layihələndirmə şirkətlərindən biri “MƏK-AN” MMM korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.
“MƏK-AN” MMM koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 000 manat vəsait köçürüb.
Şirkət dövlətimizin koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və xəstəliyin ölkə iqtisadiyyatına və vətəndaşlara mənfi təsirini azaltmağa yönəlmiş səylərini dəstəkləyir.