Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Məktəb binası qəzalı vəziyyətə düşdü: Şagirdlər köçürüldü - VİDEO
Goranboy rayonunda əxminən 50-55 il öncə tikilən 2 saylı tam orta məktəb binasının 2-ci mərtəbəsində yaranan iri çatlar, korpusda baş verən çökmələr təhsil ocağını təhlükəli vəziyyətə salıb.
Yeniavaz.com xəbər verir ki, bu səbəbdən məktəbdə təhsil alan 5 yaşlı və ibtidai siniflərdən ibarət 24 sinif Goranboy rayon 1 saylı orta məktəbə köçürülüb.
Həmçinin sözügedən məktəbdə aprelin 23-də buraxılış imtahanı verməli olan şagirdlərin imtahan binası da dəyişdirilib.
Direktor müavini Müşfiq Mustafayevin sözlərinə görə məktəb qəzalı vəziyyətdə olduğuna görə, ibtidai siniflər Goranboy şəhər 1 saylı orta məktəbə köçürüldü:
“Hardasa 480 nəfər uşaq köçürülüb. Aprelin 23-nə DİM tərəfindən salınan imtahan da ləğv edildi. İmtahan Goranboy şəhər İnteqrasiya tipli internat məktəbində keçiriləcək”.
Qəzalı vəziyyətə düşən Goranboy rayon 2 saylı orta məktəbdə 1107 şagird təhsil alır, 100 müəllim çalışır. Baş verə biləcək təhlükənin qarşısını almaq üçün qəzalı korpusda olan siniflərə giriş-çıxış bağlanıb.
"DİM" teqi üzrə xəbərlər
- Tural Əhmədov: "TKTA-nın sifarişi ilə DİM tərəfindən iki imtahan keçirilib"
- Abiturientlərə qanunsuz cihaz satan şəxsə cəza verildi
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işləmək istəyənlərin NƏZƏRİNƏ
- DİM taksi sürücüləri üçün imtahan keçirib
- Azərbaycanda Qiymətləndiricilər Palatasının təsis yığıncağı keçirilib, sədr seçilib