Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Məleykə Abbaszadə: “Bəzi region məktəblərinin nəticələri yaxşı oldu”
III ixtisas qrupu üzrə kifayət qədər yüksək bal toplayan abituriyentlər var. Bəzi region məktəblərinin nəticələri yaxşı oldu.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə üçüncü ixtisas qrupu üzrə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar keçirilən canlı yayımda deyib.
O bildirib ki, bu il ötən illə müqayisədə III ixtisas qrupunda əlavə plan yerləri elan edilib:
“Statistik rəqəmlərə görə, mediana deyilən orta var. Bu o deməkdir ki, bütün imtahan verənlərin ümumi sayını yarı bölsək, bu il görərik ki, ortalama toplanan 303 baldır. Keçən il isə bu göstərici 297,07 bal olub. İmtahan verənlərin 50 faizi 303 baldan yuxarı toplayıb. Ümumilikdə, 21410 nəfər imtahan verib. Bu il üçüncü ixtisas qrupunda 1015 plan yeri artıb ( 9 faiz), Dövlət sifarişi üçün isə 4556 plan yeri müsabiqəyə təqdim olunub. Bu ötən illə müqayisədə 474 plan yeri çoxdur ki, bu da 12 faiz artım deməkdir”.
M.Abbaszadə abituriyentlərin pandemiya şəraitində hazırlaşmaları ilə bağlı məqamları xüsusi qeyd edənlərə münasibət bildirib:
“Çoxları deyir ki, pandemiya şəraitində məşğul olmuşuq, müsabiqə şərtləri aşağı salınsın. Lakin, biz buna ehtiyac duymuruq. Çünki, müsabiqə şərtlərini aşağı salmağa heç bir ehtiyac yoxdur. III qrupda kifayət qədər yüksək nəticə göstərən abituriyentlər var. Onlar da pandemiya şəraitində hazırlaşıblar və yüksək nəticə əldə ediblər”.
Könül Cəfərli
"Məleykə Abbaszadə" teqi üzrə xəbərlər
- "Təəssüf ki, mənim qohumlarımın çoxu ölüb" - Məleykə Abbaszadədən "xalası oğlu" ilə bağlı AÇIQLAMA
- Məleykə Abbaszadənin adından istifadə edən sürücü həbs olundu
- 600-dən çox bal toplayıb kənarda qalanların aqibəti necə olacaq? - Xəbərlərin 20:00 buraxılışı
- Məleykə Abbaszadə: "Qarabağ Universitetinə qəbul olunanların 16%-i Bakı sakinləridir"
- Məleykə Abbaszadə: "Subbakalavrların sayı dörd ali məktəbdə daha çox olub"