"Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib".
Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda açıqlayıb.
Onun sözlərinə görə, DİM artıq universitetə qəbul olmaq üçün seçim mexanizmi olmaqdan çıxıb, ədalət infrastrukturunun mühüm elementinə çevrilib:
"Biz vətəndaşı məktəb partasından peşəkar fəaliyyətə qədər müşayiət edirik. Dünyanın ən ekoloji-təmiz enerjisi olan insan intellekti ilə işləyən sosial liftin fəaliyyətinə zəmin yaradırıq. Elə mexanizmlər formalaşdırmışıq ki, hər kəs əmin ola bilər, onun uğuru öz istedadından, biliyindən və yaradıcı əməyindən asılıdır. Hər il 15 milyondan çox elektron xidmət göstərərək rəqəmsal idarəetmə prinsiplərini gündəlik həyata tətbiq edirik".