“Bütün şagirdlər imtahana gələn zaman mütləq maska taxmalıdır”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müəyyən vətəndaşlar qaydalara əməl etmirlər:
“Həyat tərzimiz dəyişməlidir. Maska taxılmalı, sosial məsafə saxlanılmalıdır”.
M.Abbaszadə bildirib ki, gələn həftəyə nəzərdə tutulan imtahanların bəziləri təxirə salınıb:
“Bu gündən iyunun 24-25-də keçiriləcək imtahanlar üçün buraxılış vərəqəsini çap etmək mümkündür. Bunlar dörd növ imtahanlardır. Hər bir rayona aid imtahanlar DİM-in saytında yerləşdirilib. Binaların imtahana hazırlanmasında təhsil işçilərinin çox böyük rolu olub”.
İlhamə Əbülfət