Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Meliorasiya rəsmisi: “Son 20 ildə su ilə təmin olunmuş əhalinin sayı səkkiz milyon nəfərə çatıb”
2003-2023-cü illərdə Azərbaycanda su ilə təmin olunmuş əhalinin sayı 2,7 milyon nəfərdən 8 milyon nəfərə, xüsusi çəkisi isə 26%-dən 77%-ə çatıb.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov bildirib.
“O cümlədən, Bakı şəhəri üzrə bu nisbət 29%-dən 80%-ə yüksəlib”, - deyə o əlavə edib.
R.Aslanov həmçinin bu dövrdə sayğaclaşma göstəricisinin 90%-ə çatdığını bildirib.
“20 il ərzində ölkədə 22 min kilometrdən çox içməli su xətti, 8 min kilometrdən çox kanal və kanal tullantı su xətti çəkilib, 320 içməli su anbarı yaradılıb, 174 nasos stansiyası tikilib, 1,5 milyon su sayğacı quraşdırılıb, yeni 45 böyük su mənbəyi yaradılıb. Eyni zamanda bu dövrdə 54 şəhər və rayon mərkəzində su təchizatı və tullantı suları infrastrukturu layihələri icra olunub. Bunların 32-si tam başa çatdırılıb. Təqribən 1 126 kənddə 1,5 milyon əhalini təmsil edən ərazidə içməli su təchizatı layihələri icra olunub. 28 tullantı su təmizləyici qurğu tikilib”, - deyə sədr müavini əlavə edib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
- Çoxdandır anons edilən reyestr ləngiyir, zərərçəkənlərin sayı isə artır - "Kaspi"nin ARAŞDIRMASI
- İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib