Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mərkəzi küçədə qoşa xəttin tələbini pozan "Gelandewagen" sürücüsü CƏRİMƏLƏNDİ
Bakının mərkəzi prospektində qaydaların ziddinə gedən sürücü digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb.
Belə ki, 90-TH-222 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz Gelandewagen" avtomobilinin sürücüsü Neftçilər prospektində hərəkət edərkən qoşa xəttin tələblərini kobud şəkildə pozaraq digər sürücülərin həyatını təhlükə altına atıb. Qayda pozuntusunun görüntüləri sürücünün özü tərəfindən sosial şəbəkələrdə paylaşılıb və bu addım ictimaiyyətin haqlı narazılığına səbəb olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
"Ərazidə xidmət aparan Dövlət Yol Polisinin əməkdaşı tərəfindən qayda pozuntusu vizual olaraq aşkarlanıb və "Mercedes-Benz" markalı, 90-TH-222 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barəsində qanunamüvafiq tədbir görülüb", - deyə T.Nəsirli bildirib.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Xətai rayonunda sakinlərin SUSUZLUQ PROBLEMİ: "İllərdir deyirik, nəticə yoxdur"
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR
- Vətəndaşlar 594 nömrəli marşrut üzrə avtobus tapmaqda çətinlik çəkirlər - AYNA tapşırıq verib
- Ələt-Hacıqabul yolunda sürücülər üçün TƏHLÜKƏLİ VƏZİYYƏT
- Abşeronun Şəfəq qəsəbəsində kommunal problem: Binanın zirzəmisini su basıb