Moskvada yaşayan azərbaycanlı rəssam Aydan Salahova koronavirus (COVİD-19) şübhəsi ilə karantinə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, öz “Facebook” səhifəsində paylaşım edib.
Məşhur rəssam bildirib ki, İtaliyadan qayıdarkən təyyarədə xəstə olduğu üçün birbaşa karantina köçürülüb:
“Əslində simptomları olmayan hər kəsi karantinə götürürlər. Əgər təyyarədə xəstə olmasaydı, ev şəraitində karantində olacaqdım, amma indiki halda bütün müddəti burda keçirəcəm. Bu zaman kəsiyində üç analiz verəcəm”.