Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Məşhur şirkət atmosferi çirkləndirdiyinə görə cərimələnib
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən "Embawood" MMC-nin istehsalat sahəsindən atmosfer havasına tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə (DETX) daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Oxu.Az xəbər verir ki, bunu DETX-nin rəsmisi Asif Məcidov bildirib.
O qeyd edib ki, DETX-nin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı sözügedən müəssisənin istehsalat sahəsindən atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
"Faktla bağlı akt tərtib olunub. Müəssisənin hüquqi şəxs qismində cərimələnməsi üçün qanunamüvafiq tədbirlər görülür", - deyə A.Məcidov qeyd edib.
"Ətraf Mühitin Çirklənməsi" teqi üzrə xəbərlər
- Restoran sahiblərinin NƏZƏRİNƏ: Bu gündən monitorinqlər başlanır
- Bəşəriyyət ekoloji fəlakətin astanasında: Vəhşi heyvan populyasiyası 73% azalıb
- Ekoloji mədəniyyətsizlikdən xəbər verən davranış: "İnsan sənə elə cavab verir ki, dəhşətə gəlirsən"
- Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər
- Atmosferi çirkləndirən obyektlər cərimələnib
Rəylər