Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Metronun "28 May" stansiyasının qarşısında çökən yol ilə bağlı AÇIQLAMA
Bakının Nəsimi rayonu, Puşkin küçəsində, metronun "28 May" stansiyasının qarşısında yol çöküb.
Yeni təmir olunan yolun belə qısa müddətdə sıradan çıxması suallar doğurub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Oxu.Az-a bildirib ki, asfalt örtüyü vurulanda dərinlikdə problem olmayıb:
"Asfalt örtüyünün niyə bu vəziyyətə gəldiyinin səbəbini isə araşdırırıq. Belə ki, biz yol çəkəndə 10 santimetr qalınlıqda asfalt örtüyü çəkmişdik. Asfaltın alt qatı da bundan sonra çöküb. Yəni biz işləyən vaxt olmayıb. Hazırda torpaq 60 santimetr dərinlikdə qazılır, yerinə çınqıl tökülür, daha sonra yenə 10 sm qalınlıqda asfalt örtüyü çəkiləcək ki, problem yenidən yaşanmasın".
Mərahim Nəsib
"Azərbaycanda yol problemi" teqi üzrə xəbərlər
- "Zəngilan şəhərciyi"nin sakinləri öz pulları ilə yolu təmir edirlər?
- Xətai sakinlərinin problemi niyə həll edilmir?
- "Abşeronda yeni çəkilən yol su içində qalıb" - SƏBƏB NƏDİR?
- Qəbələnin Kürd kəndinin həll edilməyən problemləri: "Yayda tozdan, qışda palçıqdan gəzə bilmirik"
- İsmayıllıda kənd sakinləri çarəsiz qalıblar: "Aidiyyəti qurumlara müraciət etsək də, baxmadılar"