Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi, metronun "Memar Əcəmi" stansiyası yaxınlığında ərazini çirkab suları basıb.
Oxu.Az xəbər verir ki, nəticədə küçədə piyadaların hərəkətində problem yaranıb və ətrafa üfunət iyi yayılıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidəki problem aradan qaldırılıb.
"Ərazidə baş verən tullantı xətlərindəki tıxanma aradan qaldırılıb. Hazırda tullantı suları da sərbəst şəkildə boru ilə axır", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova