"Şagirdlər bəzən müəyyən yazı işlərində sualla əlaqəsi olmayan cavablar yazırlar. "Bal verin, zəhmət olmasa" yazanlar var, əlaqə saxlayacağımızı düşünərək telefon nömrəsini yazanlar var, "hörmət edəcəyəm" yazanlar var".
Bu fikirləri Oxu.Az-a açıqlamasında 2019-cu ildən ingilis dili fənni üzrə Dövlət İmtahan Mərkəzində marker kimi fəaliyyət göstərən Əsmər Ağayeva deyib.
O bildirib ki, bu tip situasiyalarda kuratorlara məlumat verirlər:
"Onlar həmin şagirdin iş nömrəsini götürüb lazımi tədbiri görürlər".
Marker çətin situasiya yaşadıqlarını da dilə gətirib:
"Ötən il açıq tipli yazı işinin şərti dəyişdirilmişdi. Həmin tapşırıqlarda müəyyən çətinliklərimiz olmuşdu. Ancaq daha sonra nəzarətçilərimizin dəstəyi ilə proses qaydasına qoyuldu".
O qeyd edib ki, binada məxfilik tam qorunur:
"Aşağı mərtəbədə telefonlarımızı təhvil verib yuxarı qalxırıq. Sualımız yarananda kuratorlarımıza müraciət edirik. İşimi çox sevirəm".
Məhərrəm Əliyev