Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Meymunçiçəyi virusu ölümə səbəb ola bilər? - AÇIQLAMA
“Meymunçiçəyinə yoluxanlar arasında bəzən ölüm faktları da ola bilər”.
Oxu.Az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
O bildirib ki, ölüm halları daha çox dəri səthindəki səpkilərə müxtəlif bakteriyalar düşəcəyi halda baş verə bilər:
“Həmçinin xəstəliyi çox ağır keçirən şəxslər arasında ölüm halları ola bilər. Amma ölüm ehtimalı kifayət qədər azdır, bunu da xüsusilə vurğulamaq lazımdır”.
Şöbə müdiri onu da əlavə edib ki, meymunçiçəyi virusunun yayılmış iki alt tipi məlumdur:
“Virusun ilkin olaraq bizə məlum olan Qərbi və Mərkəzi Afrika tipləri var. Bunlardan birinin öldürücülüyü heç 1% olmadığı halda, digərində 6-11% təşkil edir”.
Könül Cəfərli
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
- Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? - ŞİKAYƏT
Rəylər