Daxili İşlər Nazirliyi meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) siyasi qafiyələrə görə həbs olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) siyasi qafiyələrə görə həbs olunması ilə bağlı yayılan iddialar yalandır, əsassızdır:
“İddia olunur ki, bir neçə il əvvəl dediyi hansısa qafiyəyə görə cəzalandırılır. Doğrudanmı bu iddiaları yayanlar o qədər təəssübkeşdir? Elədirsə, bu təəssübkeşlər məhkəmə prosesində iştirak edib, istintaq materialları tanış ola bilər. Halbuki o, istintaqa öz əməlini etiraf edib.
C.Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün cari ilin may ayında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.
Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.
C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Onun əməli istintaqla tam sübuta yetirilib”.
“Onun cinayət işi üzrə istintaq hərəkətləri sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib”, - deyə o əlavə edib.
Daxili İşlər Nazirliyi meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) siyasi qafiyələrə görə həbs olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Daxili İşlər...
Rəylər