Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Millət vəkilindən kinayəli çıxış: “Yaponiya səfirindən xahiş edim ki...” - VİDEO
Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas Ağcabədi rayonunun su problemindən danışıb.
Millət vəkilinin sözlərinə görə, rayonda 115 artezian quyusu işləmir. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti isə cəmi 11 quyunun bərpasına pul ayırıb.
“Camaat deputatdan da, icra başçısından da artezian tələb edir. Mən onları inandıra bilmirəm ki, quyunu bərpa etməyə imkanım yoxdur”, - deyə o əlavə edib.
Deputat bildirib ki, icra başçısı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, hələ 11 quyunun bərpası başa çatdırılmayıb.
“Qabaq Yaponiya bir neçə artezianı bərpa etmişdi. İndi gərək Yaponiya səfirindən xahiş edim ki, Ağcabədinin Taynaq kəndində artezian quyusunu bərpa etsin ki, camaat susuz qalıb kənddən köçməsin”, - deyə A. Abbas kinayə ilə qeyd edib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
"Ağcabədi" teqi üzrə xəbərlər
- Ağcabədidə qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar
- Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb
- Ağcabədidə dəm qazından boğulma: Bir nəfər öldü, digəri xəstəxanalıq oldu
- Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb
- Ağcabədidə yük maşını sexə çırpıldı
Rəylər