Dünən millət vəkili, Milli Məclisin İqtisadi Siyasət komitəsini sədri, professor Ziyad Səmədzadənin nəvəsinin toyu olub. Z.Səmədzadənin qızı, bəstəkar, Aygün Səmədzadənin övladı Ülkər Bağırlı ailə həyatı qurub.
Oxu.Az-ın məlumatına görə, toy məclisi paytaxtın məşhur şadlıq saraylarının birində baş tutub. Mərasimdə tanınmış siyasətçilər, alimlər, ictimaiyyət nümayəndələri, eləcə də incəsənət xadimləri iştirak ediblər.
Allah xoşbəxt eləsin.