Milli Məclisin yaz sessiyasının ilk iclasında Qanun layihələrinin nəzərdən keçirilməsi planı təsdiqlənib.
Oxu.Az-ın Yeni Azərbaycan partiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə parlamentin spikeri Oqtay Əsədov məlumat verib.
Onun sözlərinə görə, 2014-cü ilin yazında “Rəqabət Məcəlləsi”, “Reklam haqqında”, “Dəniz limanları”, “Hərbi qulluqçuların statusu haqqında”, “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında”, “Elm haqqında” Qanun layihələri parlamentin müzakirəsinə təqdim olunacaq.
Spiker əlavə edib ki, iş planına “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Akkreditasiya haqqında” Qanun layihələri, eləcə də bir sıra Qanunlara əlavə və dəyişikliklər daxil edilib.
Müzakirələrdən sonra müzakirəyə təqdim ediləcək Qanun layihələrinin siyahısı təsdiqlənib və yaz sessiyasının iş planı qəbul edilib.