Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Milyonlarla rublu Azərbaycandan qanunsuz çıxarmaq istədilər
Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqə İdarəsi məlumat yayıb.
Bildirilib ki, "Qırmızı Körpü" gömrük postunda Azərbaycan Respublikasından Gürcüstana gedən yük nəqliyyat vasitəsinin sürücüsü şifahi olaraq sorğu-sual edilib və nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.
Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin dartıcısının salonunda xüsusi saxlanc yerində gizlədilərək keçirilməsinə cəhd göstərilən 8 000 000 rus rublu (170 000 manat) aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

"Dövlət Gömrük Komitəsi (DGK)" teqi üzrə xəbərlər
- Ölkəyə elektromobil idxalı niyə kəskin azalıb?
- İqtisadiyyat Nazirliyi: "Azərbaycan və Tacikistan 700 milyon dollarlıq layihələr hazırlayır"
- Şahin Bağırov Fərid Usubovu sərəncama götürdü
- Gömrük Komitəsinin həbsdə olan sabiq vəzifəli şəxsinin cəzası azaldıldı
- Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"