Dünən axşamdan batan şəxsin meyiti səhər saatlarında tapılıb.
Oxu.Az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, iyulun 18-də, axşam saatlarında Mingəçevir su anbarının 4-cü buxtası deyilən ərazidə Bərdə rayonu Güloğlular kənd sakini, 1981-ci il təvəllüdlü Bəhmənov Səxavət Şakir oğlunun çimərkən batdığı barədə məlumat əsasında FHN tərəfindən axtarış elan edilib.
Səhər saat 8:00 radələrində meyit xilasedicilər tərəfindən aşkar edilərək sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Fakt üzrə araşdırma aparılır.
A.M.