Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Mingəçevirdə həftə ərzində beş uşağa kəskin virus hepatiti diaqnozu qoyulub - YENİLƏNİB + VİDEO
Son bir həftə ərzində beş nəfər (dördü oğlan, biri qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.
Bu barədə Oxu.Az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, müraciət edən şəxslərdən birinin vəziyyəti ağır, dördünün vəziyyəti orta ağır qiymətləndirilib.
Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub.
İlhamə Əbülfət
19:05
Mingəçevirdə məktəblilər arasında “Hepatit A” virusuna yoluxma halı aşkarlanıb.
Son bir həftə ərzində sözügedən diaqnozla beş nəfər xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.
Hər bir ünvanda həkim epidemioloq tərəfindən araşdırma aparılıb və dörd məktəblinin “Hepatit A” virusuna yoluxması təsdiqlənib.
Həkim İlqar Həsənovun sözlərinə görə, xəstələrin vəziyyəti hazırda yaxşıdır və valideynlərinin təkidi ilə müalicələri paytaxtda davam etdirilir.
Ətraflı Baku TV-nin süjetində:
18:35
Mingəçevirdə hepatit A virusuna yoluxan beş nəfər uşaq Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.
Bu barədə Oxu.Az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
17:47
Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma faktının aşkarlanması barədə açıqlama verib.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fakta əsasən, beş nəfər uşaq hepatit A virusuna yoluxub:
“Bir nəfər 8 nömrəli məktəbin, iki nəfər texniki-humanitar liseyin şagirdi, iki nəfər isə məcburi köçkün məktəbinin şagirdləridir. Onlar 7, 9 və 10-cu sinif şagirdləridir”.
17:37
Səhiyyə Nazirliyi Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma faktının aşkarlanması barədə açıqlama verib.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində daxil olan bildirişə əsasən araşdırma aparılıb:
“Kür çayından götürülən su nümunələrində hepatit A virusu aşkar edilməyib”.
17:10
Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma aşkarlanıb.
“Unikal”ın məlumatına görə, son bir həftə ərzində şəhərin əsasən “Tərəvəzçilik” yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş hepatit A diaqnozu ilə beş xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.
Onlardan dördü qız, biri isə oğlan uşağıdır və 6, 7, 9 və 11-ci sinif şagirdləridir.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Dil üzərində ağ və ya sarı təbəqə, ağızdan gələn qoxu - Əlamətlər nədən xəbər verir?
- Yeni yayılan virusla bağlı Azərbaycan Səhiyyə Nazirliyindən AÇIQLAMA
- Uşaqları hədəf alan VİRUS YAYILIB: Necə qorunmalıyıq?
- Bayramda yığdığımız kaloriləri nəfəs məşqləri ilə verə bilərik: "Stres həzmi ləngidə bilər"
- Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika cərimələndi
Rəylər