Mingəçevir şəhərində biri mikroavtobus olmaqla, dörd maşının işitrakı ilə zəncirvari yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Müslüm Maqomayev prospektində qeydə alınıb. Gecə saatlarında baş verən qəza zamanı üç “VAZ” markalı minik maşını və bir “Mercedes” markalı mikroavtobus toqquşub.
Zərbənin təsirindən avtomaşınlardan biri yol kənarındakı piyadaların hərəkət etdiyi səkiyə çırpılıb.
Hadisə zamanı avtomobillərdə olan Eldəniz İmanov, Samir Cəfərli, Fədai İbadov və Natiq Əhmədov müxtəlif dərəcəli xəsarət alıb.
Yaralılar təcili yardım briqadası tərəfindən Mingəçevir Şəhər Mərkəzi xəstəxanasına aparılıb.
Hadisənin təfərüatları aparılan araşdırmalardan sonra bəlli olacaq.