"Müəllimlərin işə qəbulu üzrə müsabiqə zamanı namizədlərə 10 500 vakant yer təqdim olunub. Əksər fənlər üzrə bu il vakant yerlərdə artım müşahidə olunur. Xüsusilə sertifikasiya prosesindən sonra Azərbaycan dili və ibtidai siniflər üzrə ötən illə müqayisədə vakant yerlərin sayı 50% artıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Zenfira Sevdimalı deyib.
O bildirib ki, daxil olan müraciətlərin əsas hissəsi namizədlərin vakant yer seçimləri zamanı daha çox paytaxt və böyük şəhərlərə üstünlük verməsi ilə bağlıdır:
"Nəticədə hətta ölkə üzrə bir çox vakant yer namizədlər tərəfindən seçilmir. Bu istiqamətdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas məqsədi həm paytaxt (mərkəz) və böyük şəhərlərdə, həm də regionlarda olan məktəblərimiz üçün eyni əsas və meyarlarla seçilmiş, bilik bacarıqları yüksək müəllimləri təyin etməkdir".
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev
Rəylər