Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

MİQ imtahanlarında test tapşırığına cavabı olmayan iki sual salındı
İbtidai sinif və biologiya fənləri üzrə iştirakçılara təqdim edilmiş test tapşırıqlarının hərəsində birinin cavab variantları arasında doğru cavabın verilmədiyi aşkarlanıb.
Bu barədə "Report"a İnsan Resursları Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb. Nəticədə ibtidai sinif və biologiya fənləri üzrə iştirakçılara təqdim edilmiş test tapşırıqlarının hərəsində birinin cavab variantları arasında doğru cavabın verilmədiyi aşkarlanıb. Doğru cavab təqdim olunmuş seçimlər arasında olmadığı üçün qeyd edilmiş tapşırıq üzrə nəticələr yenidən hesablanıb.
Sualların bütün namizədlərə düzgün olaraq hesablanması ilə sistemdə olan doğru variantı seçən şəxslərin nəticələri sabit qalıb. Test tapşırıqlarını səhv və ya cavablandırmayan şəxslərin imtahan nəticələri isə xeyrinə nəzərə alınmaqla yenidən hesablanıb.
İyulun 2-10-da təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin apellyasiya müraciətləri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.
"Müəllimlərin işə qəbulu (MİQ)" teqi üzrə xəbərlər
- Müəllimlərin iş yerinin dəyişdirilməsinin vakansiya seçimi aktivləşib
- Sabahdan müəllimlərin iş yerinin dəyişdirilməsi üçün vakansiya seçimi mərhələsi başlayır
- Sabah müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
- "Mən hara, rayon hara?" - İki mindən artıq müəllim yeri niyə boş qalır?
- Bu xəbərləri qaçırmayın: 23.09.2024-ün ən mühüm hadisələri