Bu ilin payız aylarından etibarən Azərbaycanda internet və mobil telefon danışıqlarında tarif haqlarının aşağı salınması gözlənilir.
Oxu.Az Xezerxeber.com-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycanın rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
Onun sözlərinə görə, hazırda yay ayları olduğu üçün, əhalinin internetdən istifadəsi azalır və qiymət endirimləri gözəçarpan olmur. Nazir müavini deyib ki, qiymətlərin neçə faiz endirilməsi isə hələlik məlum deyil:
“Hazırda mobil operatorlar da qiymətləri nəzərdən keçirirlər. Xüsusilə də “roaming” xidmətləri ilə bağlı qiymətlərə baxılır. Nazirliyin son kollegiya iclasında da mobil operatorlara bir sıra tapşırıqlar verilib. Mobil operatorlar özləri də çalışır ki, müəyyən dəyişikliklər olsun. Əslində, mobil operatorlar bir-birləri ilə rəqabət apardığı üçün qiymətlərdə də dəyişikliklər baş verir”.