Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Motosiklet və moped sürücülərinə XƏBƏRDARLIQ
Cari ilin 11 ayı ərzində respublika üzrə motosiklet və moped sürücülərinin iştirakı ilə qeydə alınan 46 yol-nəqliyyat hadisəsi olub, 16 həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, sözügedən qəzalarda 34 nəfər xəsarət alıb.
Bundan başqa, məlumat verilib ki, son on beş gün ərzində Neftçala, Şəki, Zaqatala, Kürdəmir rayonları ərazisində motosiklet və moped sürücülərinin iştirakı ilə qeydə alınan beş qəzada dörd nəfər həyatını itirib, üç nəfər xəsarət alıb.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, küləkli, yağmurlu havalarda xüsusilə ehtiyatlı olmağa, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır", - deyə məlumatda qeyd edilib.
Rəylər