MSDIS Holdinqin 1 yaşı münasibətilə MS OIL yanacaqdoldurma məntəqələrində müştərilər üçün lotereyaya start verilib.
Müştərilərin “ŞANSLI OIL” lotereyasında iştirak etməsi üçün MS OIL yanacaqdoldurma məntəqələrindən 25 AZN dəyərində yanacaq doldurmaları kifayətdir! Hər 25 AZN dəyərində yanacaq müştəriyə 1 bilet qazandırır.
Biletin seriya nömrəsi yazılan əsas hissəsi iştirakçıda qalır, iştirakçının məlumatları qeyd olunan hissəsi isə doldurulduqdan sonra kəsilərək lotodroma atılır.
Qaliblər 15 dekabr 2021-ci il tarixində təsadüfi üsulla seçiləcək və final tiraj MSDIS Holdinqin rəsmi “Instagram” səhifəsində (@msdisholding) canlı yayımlanacaq.
Lotereyanın uduş fonduna 2 “Khazar” avtomobili, 2 kvadrosikl, 12 televizor, 12 smartfon, 12 paltaryuyan maşın və 150-dən çox MS OIL hədiyyə kartı daxildir.
Lotereya 15 avqust – 15 dekabr tarixlərində keçirilir.
MS OIL bütün müştərilərə uğurlar arzu edir.
MSDIS Holdinq – Adımız etibarımızdır!
Holdinqin fəaliyyətini izləmək üçün
Sayt: www.msdisholding.az
“Facebook”: msdisholdingllc
“Instagram”: msdisholding
“LinkedIn”: msdisholdingllc