2014-cü ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmində 1,7 dəfə artım əldə edilib.
Oxu.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, müdafiə və xüsusi təyinatlı məmulatların istehsalı, elmi-tədqiqat və təcrübi konstruktur işlərinin həcmi 1,7 dəfə artıb.
Hesabat dövründə sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artıb.
Bununla yanaşı, mülki məhsulların istehsalı üzrə proqnoza əməl olunub, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki təyinatlı məmulatların istehsalında 55 faiz artım əldə edilib.
Qeyd edilib ki, 2014-cü ilin istehsal proqramına uyğun olaraq birinci rübdə nazirliyin müəssisələrində yaradılma üzrə 66 mövzu və 169 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib.
Gülnarə Zeynalova
www.oxu.az