Milli Təhlükəsizlik Nazirliyi vətəndaşlara müraciət edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Milli Təhlükəsizlik Nazirliyinin rəsmi saytında vətəndaşların müraciətlərinin (Ərizə və şikayətlər) qəbulu üçün yeni elektron poçt ünvanı müəyyənləşdirilib: mektub@mns.gov.az
Müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtında baxılması və cavablandırılması məqsədilə ünvan və əlaqə vasitələrinizi dəqiq göstərməniz xahiş olunur.