Azərbaycanda bəzi kütləvi informasiya vasitələrində NATO-ya məxsus təyyarələrin Ukraynadakı separatçıları bombalaması məqsədilə yanacaq doldurulması üçün müxtəlif dövlətlərlə yanaşı guya Azərbaycan ərazisindəki aerodromlardan istifadə edilməsi haqqında məlumatlar yayılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyindən rəsmi məlumat alınıb.
“Müdafiə Nazirliyi bildirir ki, bu barədə yayılan və heç bir fakta söykənməyən məlumatların əsası yoxdur və bu kimi informasiyalar təxribat xarakteri daşıyır”, - məlumatda deyilir.