Müdafiə Nazirliyi bır sıra kütləvi informasiya vasitələrində cəbhə xəttində hərbi texnikanın yerləşdirilməsinə dair yayılan xəbərlərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Silahlı Qüvvələrin hərbi texnikasının daşınması, əvəz edilərək yerlərinin dəyişdirilməsi planlı surətdə həyata keçirilir və bölmələrin döyüş tapşırığının yerinə yetirilməsi üçün tələb olunan daimi döyüş hazırlığı qabiliyyətinin saxlanılması məqsədini daşıyır.
Bu məsələdə əlavə şərhə, mülahizələrə ehtiyac yoxdur və hər hansı bir müzakirənin aparılması dövlət maraqlarımıza ziddir.