Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Müəllimlərin iş yerinin dəyişdirilməsinin vakansiya seçimi aktivləşib
Bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdirilib.
Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailəsi üzvləri 25 aprel saat 11-dən etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçiminə başlayıblar. İlkin vakansiya seçimi 27 aprel saat 11-dək davam edəcək.
Qeyd edək ki, növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
"Müəllimlərin işə qəbulu (MİQ)" teqi üzrə xəbərlər
- Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə
- İki minə yaxın müəllim iş yerini dəyişib
- Müəllimlərin iş yerinin dəyişdirilməsinin növbəti vakansiya seçimi aktivləşib
- Sabahdan müəllimlərin iş yerinin dəyişdirilməsi üçün vakansiya seçimi mərhələsi başlayır
- Sabah müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır