"Şuşa Sağlamlıq Mərkəzində təkcə tibb yox, sağlamlıq turizmi ilə bağlı imkanlar yaradılıb".
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin icraçı direktoru Murad Mirzəyev deyib.
O bildirib ki, təbii müalicə üsulları ilə bağlı Almaniyanın "Sana" klinikası ilə danışıqlar aparılır:
"Buranı Qarabağın mərkəzi kimi yaxşı sağlamlıq mərkəzi formasında xidmətə təqdim etmək istəyirik"
Aygün Mirakif