Səudiyyə Ərəbistanı rəsmi olaraq dünya müsəlman birliyinə müraciət edərək, builki həcc və ya ümrə ziyarətinin həyata keçirilməsi üçün Müqəddəs Torpağa səfərlərini təxirə salmağa çağırıb.
Belə ki, xarici KİV-in məlumatına görə, hazırda Məkkədə Əl-Haram məscidi və digər müqəddəs yerlərin genişləndirilməsi üzrə işlər davam etdirilir.
Bu səbəbdən Səudiyyə Ərəbistanının ali müftisi şeyx Əbdül Əziz Əl-Şeyx bəyan edib ki, krallığının 2-3 il ərzində ziyarətçilərin sayını azaltmaq barədə qərarı məcburiyyətdən irəli gəlir. Müsəlmanları tövsiyyələrə qulaq asmağa çağırıblar, çünki perspektivdə layihələr öz effektivliyini göstərəcək və yalnız ziyarətçilərin xeyrinə olacaq.
Qeyd edək ki, islamın əsas müqəddəs yeri – “Əl-Haram” məscid kompleksi növbəti dəfə genişləndiriləcək və helikopter meydançası ilə təchiz olunacaq. Helikopterlər tibbi yardıma ehtiyacı olan ziyarətçilərin təcili xəstəxanaya çatdırılması üçün istifadə ediləcək, “Əl-Ərəbiyyə” xəbər verir.
Ziyarət yeri cənub və şimal tərəfdən genişləndiriləcək. Bütün yerlər eskalatorlar və ən yeni kondisioner sistemləri ilə təchiz olunub. Bundan başqa, dəstəmaz almaq üçün ən ciddi ekoloji tələblərə cavab veərn 15 min sanitar qovşağı tikiləcək.
Layihə sərnişin nəqliyyatı üçün piyada zonalarından tam təcrid olunmuş xüsusi qatarların istismarını da nəzərdə tutur.
Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin