Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Müstəmləkə ərazilərinin nümayəndələri COP29-da Mavi Zonada etiraz aksiyası keçiriblər
Müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə COP29 çərçivəsində Mavi Zonada etiraz aksiyası keçirilib.
Oxu.Az xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə təşkil olunan aksiyada müstəmləkə güclərinin istismar siyasətinin və onun ağır nəticələrinin, xüsusilə ətraf mühitə və yerli xalqların sağlamlığına vurduğu ziyanın aradan qaldırılması tələb olunub.
Yerli xalqların nümayəndələri kolonial dövlətlər tərəfdən dənizaşırı ərazilərdə insan hüquqlarının kobud pozulması və bu müstəmləkələrdə keçirilən nüvə sınaqlarının yerli xalqlara vurduğu ağır ziyanı qınayıblar.
Aksiya dənizaşırı ərazilərin sakinləri tərəfindən səslərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə təşkil edilib. Nümayəndələr bu ərazilərdə müstəmləkə güclərinin zərərli fəaliyyətlərindən yaranan problemlərin həlli ilə bağlı konkret tələbləri öz şüarlarında əks etdiriblər. Şüarlar arasında "Dənizaşırı ərazilərdə insan hüquqlarının pozulmasını dayandırın!", "Zərərçəkən əhaliyə kompensasiya ödənilsin!", "Ətraf mühitə vurulan ziyan bərpa edilsin!", "Yerli xalqların səsini eşidin!" və "Dənizaşırı ərazilərdə nüvə sınaqlarının təsirləri insanları öldürür" yer alıb.
Aksiya iştirakçıları müstəmləkəçiliyin müasir dövrdəki təsirlərinin ciddi şəkildə araşdırılmasını və bu məsələ ilə bağlı beynəlxalq birliyin ciddi addımlar atmasının vacibliyini vurğulayıblar. Onlar, həmçinin, müstəmləkəçilik dövründən sonra da davam edən istismar və hüquq pozuntularına qarşı təcili tədbirlər görməyin vacibliyini bəyan ediblər. İştirakçılar müstəmləkəçilik əleyhinə daha geniş beynəlxalq həmrəyliyin qurulması və yerli xalqların haqlarının təmin olunması üçün daha güclü siyasi və hüquqi addımlar atılması ilə bağlı çağırış ediblər.
Xatırladaq ki, bu, COP29 çərçivəsində Mavi Zonada Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən birinci aksiyadır.
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
Rəylər