Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində "Toyota" markalı, 77-XA-693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tahir Elşən oğlu İsgəndərov qeyri-etik tərzdə avtomobil idarə etdiyi üçün saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı T.İsgəndərovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub:
"Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.İsgəndərovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib".