NASA astronavtı Skott Kelli Beynəlxalq Kosmik Stansiyadan (BKS) qütb şəfəqinin (avroranın) fotolarını çəkib, NASA-nın saytında məlumat yayılıb.
Oxu.Az xəbər verir ki, şəkil 2015-ci ilin oktyabr ayının 7-də, Yer kürəsində maqnit qasırğası olan zaman çəkilib.
Oktyabrın 7-dən 8-nə keçən gecə Yer kürəsində maqnit qasırğası olub. Nəticədə qütb şəfəqini Böyük Britaniyada, Baltikyanıda, Skandinaviyada və Rusiyanın şimali-qərbində görüblər.
Qütb şəfəqi atmosferin üst qatlarının günəşdən yüklənmiş hissəciklərin günəş küləyi ilə qarşılıqlı fəaliyyəti nəticəsində yaranır. Hissəciklər atmosferdə atom və molekulları hərəkətə gətirir, bu isə işıq saçmaya səbəb olur.
