Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinə yeni direktoru təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu vəzifəyə Natəvan Həsənova təyinat alıb. O, kollektivə təqdim olunub.
Natəvan Həsənova müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə solist və orkestr musiqiçisi kimi çıxış edib.
2015-ci ildə ABŞ-nin Nyu-York şəhərində yerləşən "Carnegie Hall"da keçirilən müsabiqədə "1-ci yer" və "Ən yüksək performans" diplomları ilə təltif olunub.
Qaynar xətt:
(055) 224 12 12