NATO-da akkreditə olunmuş 15 xarici ölkənin səfirlərindən ibarət heyət Azərbaycana gələcək.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, heyət noyabrın 6-7-də Azərbaycanda səfərdə olacaq.
Xatırladaq ki, sentyabrın əvvəlində NATO-da akkreditə olunmuş xarici ölkələrin səfirləri Ermənistanda səfərdə olublar. Onlar Ermənistan prezidenti, baş naziri və müdafiə naziri kimi rəsmilərlə görüşərək İrəvan-NATO tərəfdaşlığı, regional təhlükəsizlik və demokratik dayanıqlılıq məsələlərini müzakirə ediblər.