Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Naxçıvana aviabiletləri rəqəmsal şəxsiyyət vəsiqəsi ilə almaq mümkün oldu
Sərnişinlər "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıdakı kassalarında "mygov" tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək Naxçıvana aviabilet əldə edə bilərlər.
Oxu.Az bu barədə AZAL-a istinadən xəbər verir.
Yeni imkan yaxın gələcəkdə AZAL-ın Naxçıvandakı kassalarında da tətbiq olunacaq.
Artıq sərnişinlərdən aviabilet alarkən fiziki olaraq şəxsiyyət vəsiqələrini daşımaq tələb olunmur. Şəxsiyyəti təsdiq edən lazımi məlumatlar "mygov" tətbiqi üzərindən təqdim edilə bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını "mygov" tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.
"Bu yenilik bilet alışı prosesini asanlaşdıracaq və müasir rəqəmsal dünyada məlumat təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək", - məlumatda deyilir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür
- Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
- Azərbaycan Prezidenti CAR-ın dövlət başçısını təbrik edib
- İlham Əliyev Syerra-Leone prezidentini təbrik edib
- Azərbaycan Prezidenti: "Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur"