Martın 5-dən İranın dron hücumları səbəbindən fəaliyyətini müvəqqəti dayandıran Naxçıvan Beynəlxalq Hava Limanı artıq fəaliyyətini bərpa edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu gün saat 18:00-da Bakıdan havaya qalxan sərnişin təyyarəsi Naxçıvana eniş edib və bununla da hava limanında uçuşlar yenidən həyata keçirilməyə başlayıb.
Azərbaycan Hava Yolları (AZAL) Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanından Naxçıvan-Bakı maşrutu ilə "J2 252" saylı reyslə uçan sərnişinlər qeydiyyatdan keçirlər. Bakıdan çıxan reys bir neçə dəqiqədən sonra Naxçıvan aeroportuna eniş edəcək.
Qeyd edək ki, martın 10-dan etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.
"Azərbaycan Hava Yolları" (AZAL) 9 mart 2026-cı il tarixindən etibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir.
Bu barədə Oxu.Az-a AZAL-dan bildirilib.
AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli:
| Reys | Bakıdan qalxma | Naxçıvandan qalxma |
| J2 2251 / 2252 | 18:00 | 20:00 |
| J2 2253 / 2254 | 19:00 | 21:00 |
| J2 2255 / 2256 | 20:00 | 22:00 |
| J2 2257 / 2258 | 21:00 | 23:00 |
Qeyd edək ki, 10 mart 2026-cı il tarixindən etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.
Əlavə sual yaranarsa, callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət etmək mümkündür.